Payızda dəriyə qulluq - Kosmetoloqdan məsləhətlər!

blog-img

Soyuq havaların düşməsi dəriyə bir qədər də qulluq tələb edir. İsti havaya nisbətən soyuq və şaxtanın dəriyə daha pis təsir etdiyinə görə, xüsusilə bu mövsümdə məsləhətlər yerinə düşür.

•Payızda dəriyə kosmetik qulluğun başlıca məqsədi onun ağardılması və qışa hazırlığıdır. Bunun üçün xiyar, limon şirəsi, baş soğan və qırmızı qarağat tərkibli maskalardan istifadə etmək olar.

•Payız vaxtı quru dəri üçün, xüsusilə təbiətin təsirindən sonra parafin-yağ maskalarının istifadəsi məsləhət görülür. Üzə və boyun nahiyəsinə zeytun və ya günəbaxan yağı çəkilir, maskalar həftədə iki dəfə bir kursu cəmi 8-10 prosedur olmaqla aparılır. Quru və solğun dəri üçün həmin maska yaxşı hazırlıq olacaq.