Soyuq keçən hava, stress, vitamin çatışmazlığı, mühitin çirkli olması kimi faktorlar dərini köhnəldir. Dərinizin hər zaman gözəl görünməsini istəyirsinizsə, yaşıl çay sizə köməkçi ola bilər.
-Bəs gözəllik üçün çaydan necə istifadə etmək lazımdır?
Yaşıl çay maskalarının birdən çox faydasını sadalaya bilərik. Qırışların qarşısını almaq, dərini nəmləndirmək, dəridə rəng bərabərliyi yaratmaq və.s. yaşıl çay maskalarının ən möhtəşəm faydalarıdır.
Bunu evdə yoxlamanızı tövsiyə edirik:
-Quru və qırışıq dərilər üçün çay maskası: 2 xörək qaşığı bal, 1 xörək qaşığı dəmlənmiş çay, 2 xörək qaşığı yulaf unu, 1-2 xörək qaşığı su. Bunları yaxşıca qarışdırın, isidin, qalın bir qat kimi üzünüzə çəkin, kağız ilə bağlayın, 20 dəqiqə sonra soyuq su ilə yuyun.