Hair care meso solution

blog-img

Aktiv maddələr:

Hialuron turşusu

TB-500 (SH-Oliqapeptid-4), Mis Tripeptid-1

Biotin (B7), Natrium Piruvat, Laktobacillus Fermenti, Mannitol, Qliserin

Vitableks (Kalsium Pantotenat (B5), Natrium Askorbil Fosfat (C), Tokoferil asetat (E), piridoksin HCl (B6), maltodekstrin, natrium nişastası oktenilsuksinat, silisium oksidi, niasinamid (B3)


Tətbiq olunacaq dəri növləri:

Saç tökülməsi olanlar 

Dermatit problemi olanlar 

Cansız və quru saçlar 

Kəpəklənmiş saçlar 

Baş dərisi quru olanlar


Tətbiq olunacaq sahələr:

Saç olan nahiyələr 

Saqqal və bığ nahiyəsi

Qaşlar 


Hialuron turşusu: 100 MQ aşağı 3 müxtəlif molekulyar çəkidə hialuron turşusu ilə dərin nəmləndirmə təmin edir. Saçların canlı və parlaq olmasını dəstəkləyir. Kollagen istehsalını dəstəkləyərək kollagen itkisi səbəbiylə saç tökülməsinin qarşısını almağa kömək edir.


REGENERATİV PEPTİD TB500 (TİMOSİN B4): Saç follikulunun kök hüceyrələrini aktivləşdirərək saçın uzanmasını artırır. TB500 kök hüceyrələri saç follikullarının bazasına, diferensiasiyana və hüceyrədənkənar miqrasiyanı təşviq etmək də daxil olmaqla saç follikulları dövrünün aktiv fazasında kritik hadisələrə təsiri nəticəsində saçın böyüməsini sürətləndirir. TB500 androgenetik alopesiyada müşahidə olunan sağlam baş dərisininə nəzərən 4 misli daha çox olan fibroz toxumalarını bərpa edir. TB500 kollagen itkisinin qarşısını alan və kollagenin artmasına kömək edən siqnal peptididir. TB500 və mis peptidin birləşməsi vellus tüklərinin sayının azaldılmasını və terminal tüklərinin sayının və şaft diametrinin artırılmasını təmin edir. 43 amin turşusunun bir yerə toplanmasından təşkil olunur. Bu, aşağı molekulyar çəkiyə malik olan və bədəndə təbii şəkildə yaranan bir peptiddir. TB500 zədələnmiş hüceyrələrin və toxumaların yenilənməsi və bərpasında mühüm rol oynayır.

TB500 

Hüceyrələri və toxumaları zədələnmədən qoruyur. İltihabı və mikrobların böyüməsini azaldır. TB500 aktinə  birləşir və yeni qan damarları əmələ gətirən, toxumanı regenerasiya edən kök progenitor hüceyrələrin mobilizasiyası, miqrasiyası və diferensiasiyasını dəstəkləyir. TB500 yaralardakı miofibroblastların sayını azaldır, nəticədə çapıq əmələ gəlməsinin qarşısını alır və fibrozun azalmasına səbəb olur.


Mis Tripeptid - 1: Vegf sintezini artırır. Mis peptidinin saç böyüməsində Minoxidil 5% ilə oxşar nəticəyə sahib 

olduğu qeyd edilmişdir. Mis peptidləri yeni qan damarları əmələ gətimə qabiliyyəti ilə oksigeni artırmağa 

kömək edir. Mis peptid kollagen elastin sintezini artırır və dermal fibroblastların funksiyasını dəstəkləyir.


Biotin: Saçların böyüməsini təşviq edir. Saç tellərinin strukturunu gücləndirir və elastikliyini artırır. Saç 

tökülməsini azalda bilən follikulların sağlamlığını dəstəkləyir.


Natrium piruvat: kollagen sintezini, həmçinin fibroblast aktivliyini və saç böyüməsini stimullaşdırır. 

Mannitol: Antioksidant.

Fermentasiya edilmiş laktabakillus: probiotik.

Qliserin: Antibakterial və nəmləndirici.


Vitaplex: Sərbəst radikalların yaratdığı zərərin qarşısını alır və saç follikullarını qoruyur. Baş dərisində qan 

dövranını artıraraq saçların böyüməsini dəstəkləyir. Kollagenin yaranmasını dəstəkləyir, saçları daha güclü və 

elastik edir. Saç tellərinin qalınlığını artırır, saçları daha dolğun görünməsini təmin edir